Mehman Hüseynov bələdiyyə sədri ola bilər - FOTO


Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb. 

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top