​Türkmənistan prezidenti itinə 15 metrlik abidə qoydurur - VİDEO


Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov Alabai cinsindən olan itinə Aşqabadda abidə qoyduracaq.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı "Altyn Asyr" televiziya proqramında video nümayiş olunub.  Videoda “Bir baş, dörd pəncə və xüsusilə quyruq! Yazın, yazın!”, - deyə ölkə başçısı izah edərək göstəriş verib. 
Məlumata görə, abidənin hündürlüyü 15 metr olacaq və tikintiyə ölkə başçısı şəxsən nəzarət edəcək. Sözügedən görüntülər sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.
Q. Berdiməhəmmədov qeyd edib ki, bu unikal it cinsi Türkmənistanın milli sərvətidir.
Abidənin tikintisi 2020-ci ildə tam başa çatacaq.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top