Azərbaycan büdcəsi neftdən nə qədər asılıdır? - Son 18 ilin RƏQƏMLƏRİ


Xəbər verdiyimiz kimi, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat  proqnozlaşdırılır və bu, ümum daxili məhsulun (ÜDM) 29%-nə bərabər olacaq.   
Yeniavaz.com Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2020-cu ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən bildirir ki, gələn il dövlət büdcəsinin gəlirləri 2019-cu ilin proqnozu ilə müqayisədə 966,5 milyon manat və ya 4,2% çox olacaq.
Gələn il üçün proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 47%-ni və ya 11 milyard 350 milyon manatını Neft Fondundan transfertlər təşkil edəcək.
Son 18 ildə dövlət büdcəsinin gəlirləri, Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər və transfertlərin büdcədəki payı belə olub:
 
İllər
Büdcə
Gəlirləri
(mlrd. manat)
Neft Fondundan transfert
(mlrd. manat)
Transfertin büdcədəki payı
 
2003 1,221 0,100 8,2 %
2004 1,509 0,130 8,8 %
2005 2,055 0,150 7,2 %
2006 3,867 0,585 15,1 %
2007 6,007 0,585 9,7 %
2008 10,76 3,80 35,3 %
2009 10,32 4,91 47,6 %
2010 11,40 5,91 51,9 %
2011 15,7 9,0 57,3 %
2012 17,28 9,9 57,3 %
2013 19,49 11,35 58,2 %
2014 18,4 9,34 50,7 %
2015 17,5 8,1 46,3 %
2016 17,5 7,6 43,4 %
2017 16,45 6,1 37,1 %
2018 22,15 10,97 49,5 %
2019
proqnoz
23,17 11,36 49 %
2020
proqnoz
24,13 11,35 47 %

DİGƏR XƏBƏRLƏR

Top