Əvvəlcə millət vəkilinə gül verdi, sonra bıçaqladı – ANBAAN VİDEO


Honqkonqda millət vəkili bıçaqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Honqkonq Regional Şurasına seçki kampaniyası zamanı millət vəkili küçədə bıçaqlanıb. Bıçaqlanma hadisəsi video görüntülərdə anbaan əks olunub. Sözügedən şəxs millət vəkilinə əvvəlcə gül verib daha sonra isə şəkil çəkdirmək istədiyini deyib. Bu zaman o, cibindən telefon əvəzinə bıçaq çıxardaraq deputatı qolundan bıçaqlayıb. Polis dərhal həmin şəxsi zərərsizləşdirib. Yaralanan millət vəkili isə xəstəxanaya çatdırılıb. 
Faktla bağlı araşdırılma aparılır.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top