Nazirlik 15 ilin "Niva"sını 4 aydır sata bilmir - Qiymətini 2 dəfə aşağı salıb


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi hərraca çıxartdığı 2005-ci il istehsalı olan "Chevrolet Niva" markalı avtomobili 4 aydır sata bilmir.
Yeniavaz.com xəbər verir ki, bu ilin iyul ayının Aqrar Kredit və İnkişaf Agentliyi hərraca 2 ədəd 2005-ci il istehsalı, 1 ədəd 2005-ci il istehsalı olan "Chevrolet Niva" markalı avtomobil çıxarıb. 2005-ci il istehsalı olan avtomobillərdən birinin satış qiyməti 5000 manat, digərinin satış qiyməti 8000 manat olub. 2006-ci il istehsalı olan "Chevrolet Niva"nın satış qiyməti isə 6000 manat olub.
Avtomobillər satılmadığı üçün 20 avqust tarixində keçirilən növbəti hərracda yenidən satışa çıxarılıb. Bu dəfə qiyməti 5000 manat olan avtomobil satılsa da, digər avtomobillər yenə satılmayıb.
24 sentyabr tarixində baş tutan növbəti hərracda avtomobillər yenidən satışa çıxarılıb və bu dəfə 2005-ci il istehsalı olan avtomobilin satış qiyməti 7200 manat, 2006-ci il istehsalı olan avtomobilin satış qiyməti isə 5400 manat olub. Bu hərracda avtomobilləri yenə heç kim almayıb.
Növbəti - 4-cü hərrac 29 oktyabr tarixində baş tutub. Həmin hərracda 2005-ci il istehsalı olan avtomobilin satış qiyməti 6000 manat, 2006-ci il istehsalı olan avtomobilin satış qiyməti isə 4500 manat olub. Bu hərracda 2006-ci il istehsalı olan avtomobil 4800 manata satılasa da, 2005-ci il istehsalı olan avtomobil yenə satılmayıb.
Sayca 5-ci hərrac bu ilin dekabr ayının 3-də keçirləcək. 2005-ci il istehsalı olan "Chevrolet Niva" avtomobilinə bu hərracda 4000 manat qiymət qoyulub.
Bazar qiymətindən təxminən 2 dəfə ucuz təklif olunan avtomobilin bu dəfə satılıb-satılmayacağı təxminən 25 gündən sonra məlum olacaq.
İlkin Uğur
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top