Türkiyədə bir ailənin 4 üzvü eyni anda intihar etdi – Hökumət işə qarışdı


Türkiyədə bir ailənin 4 üzvü intihar edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Fateh ilçəsində baş verən hadisədə Yetişkin ailəsinin 4 üzvü - Cüneyt, Oya, Yaşar  və Kamuran Yetişkin zəhərli maddə olan sianid turşusu içərək həyatlarına son qoyublar.
Onların ölüm xəbərini polisə bildirən məhəllədə olan dükanın sahibi deyib: “Məndən nəğd alış-veriş etmirdilər. Nisyə aldıqlarını da hər ayın sonu ödəyirdilər. Son olaraq pulu ödəyəcəkləri vaxtdan 2-3 gün keçmişdi. Ancaq heç yerdə görünmürdülər. Evlərinə getdim. Qapılarına, “Diqqət, zəhərli maddə var. Polisə zəng edin, içəri daxil olmayın” yazılmışdı. Mən də polisə məlumat verdim”.
Qonşularının ifadələrinə görə, maddi imkansızlıqdan əziyyət çəkən qardaş-bacılar valideyinlərindən qalan külli miqdarda borcu ödəyə bilmədiklərinə görə intihar ediblər.
Polisin apardığı təhqiqat nəticəsində ailə üzvlərinin Oya Yetişkin tərəfində meyvə sularına sianid qatılaraq öldürüldüyü, daha sonra qapıya yazı yazaraq özü intihar etdiyi istisna edilmir.
Türkiyə hökumətinin səlahiyyətli şəxslərinin də diqqət mərkəzində olan hadisə barədə Əmək və Sosial Xidmətlər Nazirliyinin və İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmiləri ailənin hər hansı bir sosial xidmət və yardım istədikləri barədə rəsmi müraciət etmədiklərini bildiriblər.
Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top