Rusiyada DƏHŞƏTLİ QƏZA – Ər və arvad avtomobildən yola düşdülər – ANBAAN VİDEO


Dağıstan Respublikasının paytaxtı Mahaçqalada zəncirvari avtomobil qəzası baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Abubakarov və Salavatov küçələrinin kəsişməsində sürət həddini aşan “VAZ-2107” markalı avtomobil soldan gələn “Priora” ilə toqquşub. İdarəetməni itirən avtomobil qarşı tərəfdən gələn “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza zamanı qapıların açılması nəticəsində sürücü və həyat yoldaşı avtomobil yoluna düşüblər.
40 yaşlı sürücünün və 37 yaşlı həyat yoldaşının möcüzə nəticəsində qəzadan sağ çıxdığını bildirilib.
Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top