Ərdoğan: "Bağdadinin övladını ələ keçirmişik"


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan öldürülən İŞİD lideri Əbu Bəkr əl Bağdadinin doğma övladını tutduqlarını açıqlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Bağdadinin uşağı olduğu iddia edilən şəxsin kim olması barədə məlumatın dəqiqləşdiyini bildirib: "Bağdadinin həyat yoldaşı 1 ildən çoxdur ki, əlimizdə idi. Onun yanında DNA testi ilə dəqiqləşmiş Bağdadinin uşağı da var".
Türkiyə prezidenti həmçinin bildirib ki, Bağdadinin bir çox qohumları da türk hərbçiləri tərəfindən ələ keçirilib. Onlarla bağlı qərar isə yaxın vaxtlarda veriləcək.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top