İsrail polisindən növbəti AMANSIZLIQ – 5 yaşlı uşağın gözləri önündə atasını... - VİDEO

İsrail polisi 5 yaşlı uşağın gözləri önündə atasını silahla hədələyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail polisi heç bir əsas olmadan silahsız fələstinli gənci plastik güllə ilə vurulması hadisəsindən sonra yenidən fələstinlərə qarşı öz acımasızlığını göstərib. Belə ki, yayılan görüntülərdə 2 İsrail polisi əlində silahla fələstinli ata ila mübahisə edib. Bu zaman adı açıqlanmayan atanın yanında 5 yaşlı oğlu da olub. Azyaşlının gözləri önündə iki polis əllərində silahla ataya hədə-qorxu gəlib, onu itələyiblər. Ata isə polisə, “Sizə daşmı atdı? Onun hələ 5 yaşı var” sözlərini deyib. Polis isə, “Bəli, daş atdı, bütün dostlarınız daş atır. Onun yaşı məni maraqlandırmır”, - deyərək cavab verib.
Sosial mediada yayılan bu görüntülərdən sonra İsrail ordusu məsələnin araşdırıldığını bildirib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top