Tramp: “Ərdoğanla görüşü səbrsizliklə gözləyirəm”


ABŞ prezidenti Donald Tramp həmkarı Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığından sonra səbirsizliklə görüş vaxtını gözlədiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə D.Tramp “Twitter” hesabında məlumat verib.
“Prezident Ərdoğan ilə çox gözəl telefon danışığı baş tutdu. Mənə silahlı qarşıdurma əsnasında bir çox İŞİD terrorçularının tutulduğunu bildirdi. Onların arasında qatil terrorçu başçısı Bağdadinin həyat yoldaşı və bacısının olduğunu da vurğuladı.
Bundan əlavə terrorizmin yox edilməsi, kürdlərlə olan düşmənçiliyin bitirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik. 13 noyabr tarixində Prezident Ərdoğan ilə “Ağ Ev”də baş tutacaq görüşü səbrsizliklə gözləyirəm”, - deyə D.Tramp bildirib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top