Türkiyədə sevgilisi azərbaycanlı həkimi güllələdi - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyədə özəl tibb mərkəzinin sahibi olan Cəlal T.nin həmin mərkəzdə işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı həkim Aidə A.nı silahla vurub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə anın görüntüləri yayılıb.
Aidəni ağır yaralayan və qaçmaq istəyərkən polis tərəfindən tutulan Cəlal həbs edilərək Metris Cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, Cəlal səbəbi bilinməyən mübahisədən sonra Aidəyə atəş açıb və onu yaralayıb. Hazırda Bakırköy Dövlət Xəstəxanasında olan azərbaycanlı həkimin vəziyyəti ağırdır.

***7 noyabr saat 10:42


Türkiyədə özəl xəstəxananın sahibi olan həkim azərbaycanlı həmkarını güllələyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Avcılar ilçəsində yerləşən özəl xəstəxanaların birində baş verib. Xəstəxananın sahibi T.Cəlal azərbaycanlı həmkarı A.A ilə mübahisə edib. Mübahisə əsnasında həkim üzərindəki silahla həmkarına atəş açıb. O, hadisə yerindən qaçmaq istəsə də xəstəxana önünə gələn polislər tərəfindən saxlanılıb.
Bakırköy Sadi Konur dövlət xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top