Bakıda kişi avtomobillə vurduğu qadını öz qohumunun evinə apardı - Piyada evdə öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə noyabrın 6-da paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Nurlan Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi ilə Ramana qalası istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən paytaxt sakini, 1987-ci il təvəllüdlü Elyanə Məmişovanı vurub.

Daha sonra sürücü qadını avtomobili ilə Ramana qəsəbəsində yaşayan qohumu Xəyalə Musayevanın evinə aparıb, orada təcili tibbi yardım çağırıb. Təcili tibbi yardım gələn zaman E.Məmişova ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. (Report)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top