Qəbirlər fərqli, tutduqları ərazi isə isə geniş. Bir sözlə son zamanlar qəbirstanlıqlarda dəfn üçün yer tapılmır. Söhbət Mingəçevirdən gedir. Bu şəhərdə 3 əsas qəbristanlıqda mövcud olan yer sıxlığı son illər ərzində daha qabarıq şəkildə özünü göstərir. Vəziyyət o həddə çatıb ki, Bozdağın yamaclarını yonub orada dəfn üçün yer açılır. İnsanlar dünyasını dəyişənlərini dəfn edilməsi üçün Mingəçevir kənd və Əli qəbristanlığına üstünlük verir. Bu məzarlıqlarda isə yer tapmaq çətinləşib hətta sakinlər deyir ki, atası dəfn edilən qəbirstanlığa anaları vəfat edən zaman onu basdıra bilmirlər.
Qəbirstanlıqlarda sıxlığın yaranmasına səbəblər isə müxtəlifdir. Bəzən məzarlıqlar vaxtından əvvəl zəbt edilir və ya qəbirlərin ölçüsünə görə darısqalıq yaranır. Elə bu səbəbdən sakinlər dünyasını dəyişən yaxınlarını ayrı-ayrı yerlərdə dəfn etməyə məcbur qaldıqlarından, onları ziyarət etmək üçün bir neçə qəbirstanlıq gəzməli olurlar.
Şəhərdə yaranan mövcud vəziyyətə çarə axtarmaq üçün adiyyatı qurumlara üz tutduq.
Mingəçevir Bələdiyyəsi Dəfn Mərasim Xidmətləri sahəsinin rəisi Rəfael Məmmədov bildirdi ki, yaranan çətinliyin aradan qaldırılması üçün addımlar atılıb: “Belə ki, şəhər ərazisində 10 hektar sahəyə malik yeni qəbirstanlıq üçün yer ayrılıb. Hətta burada yenliklər də mövcudur. Lakin ölüsü ölən insanlar ölülərini şəhərin yaxın ərazilərində dəfn etmək istəyirlər. Ona görə də sıxlıq müşahidə edilir”.
Onu da bildirdirilər ki, sakinlər yeni yaradılan qəbirstanlığın şəhərdən uzaq olamasını əsas gətirərək burada dünyasını dəyişən yaxınlarını dəfn etmək istəmirlər. Halbuki burada dəfn prosesi digər məzarlıqlara nisbətən daha ucuz başa gəlir.
Esmira Hidayətova, Mingəçevir