Rusiyada yol qəzasında xəsarət alan azərbaycanlının zinət əşyaları və pulu oğurlanıb


Rusiyanın Stavropol diyarında azərbaycanlıları daşıyan sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində zərər çəkən Sənubər Turabovanın sənədləri, zinət əşyaları və pulu oğurlanıb.

Bu barədə "Report"un Rusiya bürosuna zərərçəkənin yaxınları məlumat verib.

"Mən Sənubər Turabovanın sənədlərini tapmaq üçün ilk öncə hadisə yerindən götürülmüş əşyalara baxdım. Əşyalar arasında onun çantasını tapa bilmədim. Təcili tibbi yardıma müraciət etdim, onlar da bildirdilər ki, bu barədə məlumatları yoxdur. Çantada sənədlər, zinət əşyaları və 300 min rubl var idi", - deyə S.Turabovanın yaxını Ayətşah Həşimov bildirib.

A.Həşimov qeyd edib ki, bununla bağlı Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Qeyd edək ki, Rostovdan Bakıya gələn mikroavtobus yoldan çıxaraq xəndəyə düşüb və maneəyə çırpılıb.

Hadisə zamanı mikroavtobusda 9 Azərbaycan vətəndaşı olub. Onlardan 8-i xəsarət alıb. Yaralılar yerli şəhər xəstəxanasına çatdırılıblar.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top