“Facebook” üzün tanınması sistemini sınaqdan keçirir


“Facebook” mobil qurğular vasitəsilə öz hesabına daxil olmağa çalışan istifadəçilərin kimliyinin eyniləşdirilməsi üçün sifətin tanınması sistemini sınaqdan keçirir. Bu haqda kod təhlilçisi Ceyn Mançun Vonq bildirib. O, proqramda üzün tanınması sisteminə istinad tapıb.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, Vonqun sözlərinə görə, sözügedən sistem “Apple Face ID” ilə oxşardır, lakin “Facebook” üzün şəkillərini istifadəçinin qurğusunda deyil, 30 gün müddətində serverdə saxlamağı planlaşdırır. “Facebook”dan bildirilib ki, sistemdəki məlumatlar başqa şirkətlərə əlçatan olmayacaq.
 
 “Facebook”un nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər.

DİGƏR XƏBƏRLƏR

Top