Amsterdam aeroportunda təyyarəni qaçırmağa cəhd edilib


Amsterdam yaxınlığındakı Sxipol hava limanında təyyarəninin qaçırılmasına cəhd olunub.

Bu barədə hərbi polisdəki mənbələrə istinadən Niderlandın Teleradioyayım Şirkəti (NTK) bildirib. Telekanalın məlumatına görə, enmə (sərnişinlər-red) zamanı pilot təyyarənin qaçırılmasına cəhdlə bağlı həyəcan düyməsini basıb. "Həmin an 27 nəfər təyyarənin göyərtəsinə qalxıb", - NTK qeyd edib. Söhbətin terror aktından gedib-getməməsi hələ ki anlaşılmır.

Hava limanının təhlükəsizliyi üçün cavadehlik daşıyan hərbi polis "Twitter"dəki səhifəsində bildirib ki, sərnişinlər və ekipaj üzvləri təyyarəni tərk edib.

"Sərnişinlər və ekipaj təyyarənin göyərtəsindən düşüblər", - deyə xəbərdə bildirilir. Hazırda laynerə baxış keçirilir.//Report

DİGƏR XƏBƏRLƏR

Top