ATƏT sədri həmsədrlərlə görüşüb


Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr və münaqişənin həlli perspektivləri müzakirə edilib.

"Mən məmnunam ki, Minsk Qrupunun həmsədrləri tərəflərlə birlikdə gərginliyin azaldılması və barışığa şərait yaradan gələcək tədbirlər barədə müzakirələri davam etdirirlər", - deyə M.Layçak bildirib.

Görüşdə, həmçinin dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasına hazırlıq müzakirə edilib.//APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top