Hüquq müdafiəçisi Oktay Gülalıyev İstanbulda xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı onun oğlu Təbriz Gülalıyev yayıb: "Atam Oktay Gülalıyev artıq İstanbulda xəstəxanaya yerləşdirildi. İlkin məlumat olaraq bildirildi ki, köçürülməsi zamanı heç bir zərər olmayıb. İlkin müayinədən sonra ətraflı məlumat veriləcək".
Xatırladaq ki, Oktay Gülalıyev Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb.