Bakıda avtobus sürücüsü dəhşətli qəza törətdi - ANBAAN VİDEO


Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü təhlükəsiz şəhər kamerasına düşüb. 

Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın 28 May küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən marşrut avtobusunun sürücüsü qəfildən sol zolağa keçərək qarşıda dayanmış “Mitsubishi” markalı avtomobillə toqquşub.

Yol-nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etməyib, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozub.

DİGƏR XƏBƏRLƏR

Top