Naxçıvanlı iş adamını qətlə yetirən "Hozu" onun qohumu imiş


Bakıda naxçıvanlı iş adamını, bacısının həyat yoldaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Yeniavaz.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 45 yaşlı Şirinov Rauf Həsən oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Rauf Şirinov 47 yaşlı Ramiz Məmmədovu qətlə yetirib.

Mərhum Ramiz Məmmədov Rauf Şirinovun bacısı ilə ər-arvad münasibətində olub, həmçinin qohum da olublar. İttihamda göstərilir ki, Ramiz Məmmədov Rauf Şirinovun evinə qonaq gəlib. Bu zaman Ramiz Məmmədov həyat yoldaşı - Raufun bacısı ilə mübahisə edib. Mübahisə zamanı Ramizin həyat yoldaşı ilə mübahisə edib, söyüş söyməsini qəbul etməyən Rauf bunun qisasını almaq istəyib.

Bu məqsədlə də "Vinçestr" markalı odlu silahını götürərək Ramiz Məmmədovun iş yerinə gedib. Əvvəlcə orada mübahisə ediblər. Daha sonra da söhbəti kənar yerdə davam etdirməyə razılaşıblar.

İyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında mübahisəni davam etdiriblər. Bu zaman R.Şirinov qohumunun avtomobilinin qarşısını kəsərək onu güllələyərək qətlə yetirib. Qarın və ayaq nahiyəsindən iki güllə yarası alan R.Məmmədov 3 saylı Şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Məlumata görə, qətlə yetirilən Ramiz Məmmədov "Qaz Kantrol" MMC-nin rəhbəri imiş. “84” və “113” nömrəli marşrut xətləri R.Məmmədova məxsus olub. Hadisədən sonra qaçan Rauf Şirinov bir neçə gün sonra saxlanılıb. Rauf Şirinov "Hozu" ləqəbi ilə tanınırmış. Elan olunmuş ittihamla Rauf Şirinov özünü qismən təqsirli bilib.

Deyib ki, Ramiz Məmmədovun avtomobilinin qarşısını kəsməyib. Onun sözlərinə görə hadisə Ramiz Məmmədovun söyüş söyməsinə görə başlayıb. Əvvəlcə ifadə vermək istəməyən Rauf Şirinov prokurorun dediyi ilə razılaşıb. Sonra fikrini dəyişərək prokuror dediklərinin həqiqət olmadığını söyləyib.

Rauf Şirinov bildirib ki, hadisədən bir gün əvvəl bacısı və Ramiz onlara gəlib. Həmin vaxt bacısı ilə Ramiz mübahisə edib. Onun dediyinə görə Ramiz bacısının ünvanına ağır söyüş söyüb. O da bunu qəbul etməyərək onunla görüşə gedib.

"Mən səhər Ramizin iş yerinə getdim. Dedim ki, bu nə hörmətsizlikdir? Dedi ki, sən kimsən ki, mənim üstümə gəlirsən? Mənə yumruq atdı, yenə də söyüş söydü. İkimiz də razılaşdıq ki, söhbəti başqalarının olmadığı yerdə davam etdirək. Oradan çıxıb getdik. Yolda maşını saxlayanda üstümə gəldi, yumruq atdı. Mən onu öldürmək yox, qorxutmaq niyyət ilə atəş açdım".

Suallara cavab verən Rauf Şirinov hadisə zamanı içkili olduğunu təsdiqləyib. Rauf Şirinov mərhuma münasibətlərinin daha əvvəl yaxşı olduğunu deyib. Bildirib ki, qohumu olan Ramizlə əvvəllər heç bir ədavəti və mübahisəsi olmayıb.

Mərhumun qardaşı, hüquqi varis kimi tamınan A.Məmmədov da məhkəmədə ifadə verib. Deyib ki, Rauf onların evində böyüyüb və əvvəllər münasibətləri yaxşı olub: "Rauf bizim üçün uşağı olub. Sonra qardaşım onun bacısını aldı. Münasibətlər yaxşı olub. Hadisənin birbaşa şahidi olmamışam. Amma mən də sexdə idim. Mən xəbər tutanda onlar artıq sexdən çıxmışdı. Uşaqlardan biri Mənə dedi ki, Raufla Ramiz mübahisə edərək sexdən çıxıb. Mənə vaxtında xəvər vermədilləri üçün hirsləndim. Biz onları tapanda artıq hadisə baş vermişdi".

Suallara cavab verən A.Məmmədov qardaşının hər kəslə dava edən, söyüş söyən xasiyyətdə biri olmadığını deyib. O, həbs edilən Ramizin də davakar olmadığını söyləyib. "Mən kaş ki, hadisəni bilərdim. İmkan verməzdim ki, iş bura gəlib çıxsın" - deyə mərhumun qardaşı bildirib.

Şahid Elçin Əliyev ifadəsində göstərib ki, Ramiz Məmmədov və Rauf Şirinov mübahisə edən zaman sexdə olub. Onun sözlərinə görə, Rauf Şirinov dəfə gələn zaman maşından düşəndə silah götürüb. O, Ramiz Məmmədova tərəf gələrək ondan niyə söyüş söydüyünü soruşub. Ramiz Məmmədov söyüş söymədiyini deyib və onlar əlbəyaxa olublar. Sağ adam əvvəl isə Ramiz Məmmədovun qardaşı oğlu onun silahını əlindən alaraq maşınına qoyub.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Rauf Şirinov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət baş verən zaman hadisənin pul mübahisə görə törədildiyi iddia edilirdi. Amma məhkəmədə fərdlər bu iddianın əsassız olduğunu bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top