Sahibsiz itə qarşı ACIMASIZ DAVRANIŞ – Dəmir qəfəsə salıb gölə atdılar


ABŞ-da gölün içində dəmir qəfəsə salınmış it tapılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da bir nəfər iti dəmir qəfəsə həbs edərək, gölə atıb.
Sözügedən it gölə balıq tutmağa gedən Briyan Fritz adlı şəxs  tərəfindən tapılıb. Hadisəni görən, B.Fritz tərəddüd etmədən iti sudan çıxarıb və baytara aparıb.
İlkin müayinə zamanı kimsəsiz heyvanın saatlarla suda qaldığı üçün hipoteramiya keçirdiyi müəyyən olunub.
Köməksiz iti xilas edən şəxs onun fotoşəkillərini sosial media hesabında paylaşaraq hazırda vəziyyətinin yaxşı olduğunu və evə ehtiyyacı olduğunu bildirib.



Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top