İraqın cənubundakı Zikar əyalətində nümayişçilər 3 deputatın evini yandırıblar.
Yeniavaz.com xəbər verir ki, ölkədə 1 oktyabrdan başlayan etirazlar Erbain mərasimləri səbəbi ilə dayandırıldıqdan sonra 25 oktyabrdan yenidən başlayıb. Belə ki, işsizlik, vəzifələrin sui-istifadə edilməsi, ictimai xidmətlərin lazmi dərəcədə olmamasına etiraz edən nümayişçilər bu dəfə 3 deputatın, Naci es-Sadi, Muna el–Qurabi və Zeynəb əl-Hazrecinin evini yandırblar.
İlkin ehtimallara görə, yanğın nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İraq Missiyası 1 oktyabrdan davam edən nümayişlərdə 254 nəfərin həyatını itirdiyini, minlərlə adamın yaralandığını bildirib.