Misir Mərdanov: "Təkrar edirəm, müəllimlərin maaşı 2000 manat olmalıdır" - VİDEO


Xəbər verdiyimiz kimi, İTV-də yayımlanan “3D” verilişinin budəfəki qonağı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov olub.

Yeniavaz.com xəbər verir ki, M.Mərdanov naziri olduğu dövürdə müəllimə 2 min manat məvacib verilməlidir fikrinə ayınlıq gətirib:

“Hesab etmişəm ki, müəllimlərin maaşının 2000 olsa yaxşıdır. Mən onu tək müəllimlərlə görüşdə deyil, digər lazımi yerlərdə də səsləndirmişdim. Fikrimi müdafiə də eləmişdim. Nəticədə belə olmuşdu ki, pilə-pillə bütün müəllimlərin maaşı artacaqdır. Mən indi sevinirəm ki, üstündən müəyyən vaxt keçdikdən sonra Azərbaycanda orta və ali məktəblərin müəllimlərin əmək haqqları iləbəil artır. Mənim arzum, istəyim və o zaman dediklərim sevinirəm ki, indi həqiqətə çevrilib”. 

DİGƏR XƏBƏRLƏR

Top