Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı - RƏSMİ


Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, faktla bağlı müvafiq araşdırmalar aparılır, hadisənin təfərrüatı öyrənilir.

Qeyd edək ki, ovqat.com-un məlumatına görə, paytaxtın yollarında qurulmuş kameralara düşən həmin nəqliyyat vasitəsi təsbit olunub və təxribatçılar  4 noyabrda saxlanılıb. İlkin araşdırmalar nəticəsində həmin şəxslərin Gürcüstan azərbaycanlıları olduğu məlum olub. Şübhəlilər ilkin ifadələrində Bakıda yaşayan qohumlarıgilə gəldiklərini etiraf ediblər. Bildirilir ki, hüquq mühafizə orqanları keçirdikləri əməliyyatla bağlı məlumat yayacaqlar.

Hadisənin videosunu təqdim edirik:

 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top