Qonşu ölkələr arasında silahlı qarşıdurma – 15 ölü


Tacikistan-Özbəkistan sərhədində silahı qarşıdurma yaşanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunlarının mətbuat mərkəzi məlumat yayıb. Məlumata görə, 20 maskalı naməlum şəxsdən ibarət silahlı qrup Tacikistan-Özbəkistan sərhədində yerləşən sərhəd zastavasına hücum edib. Hücum zamanı onlar 5 odlu silah (AKM) ələ keçiriblər.
Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində 15 yaraqlı zərərsizləşdirilib, 5-i isə saxlanılıb. Məlumatda eyni zamanda bildirilir ki, əməliyyat zamanı Sərhəd Qoşunlarının bir əsgəri və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı öldürülüb.
Qarşıdurmanın baş verdiyi yerdə istintaq qrupu fəaliyyətə başlayıb, araşdırma aparılır.
İlahə Hüseynova
 

DİGƏR XƏBƏRLƏR

Top