Brejnevin sürücülük vəsiqəsi 1 milyona hərraca çıxarılacaq


Keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Litfond” auksion evinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hərrac 14 noyabr tarixində Moskvada keçiriləcək. Bildirilir ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 – 1 500 000 milyon rubl (təqribən 36,180 - 40,200 AZN) arası olacaq. “AAK-ın 000077” nömrəli sürücülük vəsiqəsinə sahib olan şəxs bütün kateqoriyalı nəqliyyat vasitələrini idarə edə biləcək.
Qeyd edək ki, sürücülük vəsiqəsi L.Brejnivə 1976-cı ildə 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.
Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən L.Brejnevin qaldığı bağ evində tapılıb.
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top