Türkiyədə iti vurmamaq üçün sürətini azaldan sürücü zəncirvari qəza törətdi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə bir sürücü avtomobillərin sürətlə hərəkət etdiyi yolu keçmək istəyən iti əzməmək üçün qəfil əyləci basıb. Bu vaxt arxadan gələn avtomobil sürətlə qarşısındakı maşına dəyib. Bir neçə saniyə sonra daha bir maşın qəzaya qarışıb. Hadisə məticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb. Qəzanın görüntüləri təhlükəsizlik kameraları tərəfindən qeyd edilib.
Ruslan Yusibov