"Opel" sərnişin avtobusuna çırpıldı - 3 nəfər xəsarət aldı


Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin Təbriz küçəsində baş verib.

“Opel” markalı minik maşını sərnişinsiz dayanıqlı vəziyyətdə olan 8 saylı şəhərarası marşrut xətti üzrə işləyən sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Yaralılar ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. 

Müayinə zamanı bir nəfərin - 1964-cü il təvəllüdlü, minik maşınının sürücüsü Məmmədov Vəli Əziz oğlunun xəsarətinin ciddi olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top