Avtomobillə 28 yaşlı qadını vurub qaçdı


Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, hadisə rayonun Kamil Nəsibov küçəsində baş verib.

Yaralının yaxınları bildirir ki, markası məlum olmayan avtomobil yolu keçmək istəyən 1991-ci il təvəllüdlü rayon sakini Yusibova Sveta Murad qızını vuraraq ona xəsarət yetirib.

Yaralı öncə ətrafdakıların köməyi ilə yaşadığı ünvana, daha sonra isə çağırışa gələn həkim briqadası tərəfindən Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top