Bakıda tıxac xəbərdarlığı - XƏRİTƏ


Noyabrın 10-dan Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Yeniavaz.com-a verilən məlumata görə, kommunikasiya xətlərini yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.

Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlardan AAYDA-nə verilən məlumata görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

İşlərin aparıldığı müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

DİGƏR XƏBƏRLƏR

Top