Bakıda yüksək sürət qəzaya səbəb oldu, xəsarət alan var - FOTO


Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Qəza 4 mikrorayon, Hüseyn Seyidzadə küçəsində baş verib.

Tofiq Əliyev idarə etdiyi "Fiat Doblo" markalı nəqliyyat vasitəsilə müəyyən edilmiş hissədən əsas yola çıxmaq istəyərkən əks istiqamətdən yüksək sürətlə gələn "Opel" markalı avtomobil ona çırpılıb.

Zərbənin gücündən "Fiat Doblo" aşaraq kənarda hərəkətsiz vəziyyətdə dayanan "KİA" markalı avtomobilin üzərinə düşüb.

Qəza zamanı "Fiat"-ın sürücüsü T.Əliyev xəsarət alıb.

Hadisə yerində Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı tərəfindən araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top