Bakıda avtobus sürücüsünün döyülməsinin səbəbi bəlli oldu

Bakıda avtobus sürücüsünün sərnişinlər tərəfindən döyülməsinin səbəbi bəlli olub. 

“Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, hadisə sərnişinin sürücüdən avtobusu dayanacaqdankənar ərazidə saxlamasını tələb etməsindən sonra baş verib.  

Avtobus dayanacağa daxil olandan sonra sərnişinlərdən biri sürücüyə xəsarət yetirib.  

Məsələ ilə bağlı aidiyyatı orqanlar tərəfindən araşdırma aparılır. 

Qeyd edək ki, noyabrın 4-də saat 18:20 radələrində Moskva prospekti 46-nın qarşısında “Xaliq Faiqoğlu” şirkətinə məxsus “İsuzu” markalı 61 saylı xətt avtobusunda dörd nəfər naməlum sərnişin xuliqanlıq zəminində sürücü, Bakı şəhər sakini, 1967-cı il təvəllüdlü Oktay Ərsalam oğlu Hüseynovu döyüb. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top