Sirkdə dəhşətli anlar: Ayı məşqçini parçalamaq istədi - VİDEO


Rusiyada Sankt-Peterburq yaxınlığında sirklərin birində ayı məşqçiyə hücum edərək onu yaralayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Yeniavaz.com "Amerikanın Səsi"nə istinadən bildirir ki, həvəskar çəkilmiş videoda ayının arxa ayaqlarında gəzərək əl arabasını itələdiyi, sonra isə məşqçiyə hücum etdiyi, onu dişlədiyi və yerə yıxdığı görünür.
Başqa bir məşqçi köməyə tələsərək hücumu dayandırmaq üçün ayını dəfələrlə təpiklə vurub.
Yerli medianın verdiyi məlumata görə, ayı tamaşaçılara tərəf üz tutsa da elektrik cərəyanı ilə vurularaq dayandırılıb.
Sirkdə meydança ilə tamaşaçılar arasında heç bir maneə olmayıb.
Hadisə Sankt-Peterburqdan 180 kilometr şimal-şərqdə Olonetsdə baş verib.
İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, sirkə qarşı təhlükəli xidmət göstərmək ittihamı ilə cinayət işi açılıb. 

DİGƏR XƏBƏRLƏR

Top