Bakı küçələrində erməni mahnısı səsləndirənlər saxlanılıb? - VİDEO


Xəbər verdiyimiz kimi, bir-neçə gün əvvəl sosial şəbəkələrdə içərisində erməni mahnısı səsləndirilən Neftçilər prospekti ilə hərəkət edən avtomobilin videosu yayılıb.

Yeniavaz.com xəbər verir ki, videoda avtomobilin içərisində olanların Azərbaycan və azərbaycanlılara qarşı təhqir və aşağılayıcı ifadələri də yer alıb.
Sürətlə yayılan bu video vətəndaşlarımızın hiddətinə səbəb olub.

ovqat.com-un məlumatına görə paytaxtın yollarında qurulmuş kameralara düşən həmin nəqliyyat vasitəsi təsbit olunub və təxribatçılar dünən saxlanılıb. İlkin araşdırmalar nəticəsində həmin şəxslərin Gürcüstan azərbaycanlıları olduğu məlum olub. Şübhəlilər ilkin ifadələrində Bakıda yaşayan qohumlarıgilə gəldiklərini etiraf ediblər. Bildirilir ki, hüquq mühafizə orqanları keçirdikləri əməliyyatla bağlı məlumat yayacaqlar.

 

DİGƏR XƏBƏRLƏR

Top