Ermənilər hara gedir? - Qarşısını heç kim ala bilmir


Bu ilin 3-cü rübünün yekunlarına görə, Ermənistan əhalisinin sayı 2 milyon 961,4 min nəfər olub.
Yeniavaz.com-un Ermənistan Milli Statistika Xidmətinin açıqladığı məlumata istinadən apardığı hesablama göstərir ki, əhalinin sayı bu ilin əvvəlindən ötən 9 ay ərzində 0,3% və ya 7,6 min nəfər azalıb.
Onu da bildirək ki, son 19 il ərzində (2000-2019-cu illər) Ermənistanda əhalinin sayı 8,1% və ya 259,7 min nəfər azalaraq 3 milyon 221,1 min nəfərdən 2 milyon 961,4 min nəfərə düşüb. Statistika Xidmətinin məlumatında həmçinin vurğulanır ki, əhalinin sayının 3 milyondan aşağı olması sonuncu dəfə ötən əsrin 70-ci illərində qeydə alınıb.
Məlumat üçün onu da qeyd edək ki, BMT-nin iqtisadi və sosial sorğular departamentinin açıqladığı hesabatda göstərilir ki, Ermənistan əhalisi 2100-cü ilə qədər az qala iki dəfə azalacaq. BMT-nin ekspertləru bu qənaətdərilər ki, əsrin sonunda Ermənistanda cəmi 1 milyon 793 min adam qalacaq.
Qeyd edək ki, Ermənistanda demoqrafik fəlakətin qarşısını almaq üçün hətta dövlət proqramı da qəbul olunub. Bu ölkənin Baş naziri Nikol Paşinyanın bu ilin avqust ayında işğal altında olan Xankəndində açıqladığı  "Ermənistan 2050 - İnkişaf Strategiyası" adlı konsepsiyasında əhalinin sayınının azlması ilə bağlı da müddüalar yer alıb. Paşinyan 2050-ci ildə əhalinin sayının 5 milyon nəfər olacağını deyib. Ancaq görünən odur ki, Ermənistanda əhalinin sayı azalmaqda davam edir.
Son 19 ildə Ermənistan əhalisi:
İllər Əhalinin sayı,
mln. nəfər
2019
III rüb
2 961,4
2018 2 970,9
2017 2 979,5
2016 2 992,3
2015 3 004,6
2014 3 013,8
2013 3 022,0
2012 3 024,1
2011 3 027,9
2010 3 044,8
2009 3 066,0
2008 3 087,1
2007 3 107,4
2006 3 127,1
2005 3 146,4
2004 3 164,9
2003 3 182,5
2002 3 199,8
2001 3 211,8
2000 3 221,1

DİGƏR XƏBƏRLƏR

Top