Hansı ölkədə internet daha azaddır? - SİYAHI


"Freedom House" ("Azadlıq evi") təşkilatı internet azadlığı ilə bağlı dünyanın 65 ölkəsini əhatə edən növbəti hesabatını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, hesabatda yer alan ölkələr arasında internet azadlığının ən pis vəziyyətdə olduğu ölkə Çin hesab olunur. 
Keçmiş SSRİ ölkələri arasında internet azadlığının Pribaltika respublikaları, həmçinin Ermənistan və Gürcüstanda mövcud olub.
Region ölkələrindən Qırğızıstan və Ukraynada internet "qismən azad", Belarus, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan və İranda "qeyri-azad" olub.
İnternet azadlığının ən yaxşı səviyyədə olduğu ölkələrin ilk 5-liyinə  İslandiya, Estoniya, Kanada, Almaniya və Avstraliya daxil olub.
Region ölkələrinin 65 ölkə arasındakə mövqeyi belə olub:
10 - Gürcüstan
13 - Ermənistan
22 - Qırğızıstan
33 - Ukrayna
45 - Azərbaycan
48 - Belarus
50 - Qazaxıstan
51 - Rusiya
58 - Özbəkistan
64 - İran

DİGƏR XƏBƏRLƏR

Top