Azərbaycanda fəaliyyət göstərən 30 bank tərəfindən verilən kreditlərin yarıdan çoxu və ya 52%-i 4 bankın - "Azərbaycan Beynəlxalq Bankı" (ABB), "Kapital Bank", "Paşa Bank" və "Xalq Bank"ın payına düşür.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ABB, "Kapital Bank", "Paşa Bank" və "Xalq Bank" tətərfindən ümumilkdə 7 milyard 225 milyon 226 min manat kredit verib.
Aşağıdakı cədvəldə Azərbaycanın ən böyük 4 bankının səhmdarları və verdikləri kreditlərin həcmi yer alıb:
1. Azərbaycan Beynəlxalq Bankı - 2 247 125 azn (Səhimdarlar: Maliyyə Nazirliyi - 91,4 %, Əmlak Məsələləri Dövlət Komitəsi - 3,76 %, Fiziki şəxslər - 4,39 %, Hüquqi şəxslər - 0,32 %, Aqrarkredit QSC - 0,13 %)
2. Kapital Bank - 1 721 511 azn - (Səhimdarlar: PAŞA Holdinq - 99,87 % , 190 nəfər fiziki şəxs - 0,13 %)
3. Paşa Bank - 1 681 818 azn - (Səhimdarlar: PAŞA Holdinq - 60 %, ADOR Şirkəti - 30 %, Arif Paşayev - 10 %)
4. Xalq Bank - 1 574 772 azn - (Səhimdarlar: "İdeal Business CO." şirkəti - 50 %,
"Euro Standard" şirkəti - 33,85 %, "Amal İnvest Group" - 16,15 %)