Maykl Cekson sağdı? - Dünyanı şoka salan görüntü - VİDEO

 


İspaniyalı musiqiçi Sergio Kortes  “Twitter” hesabında paylaşdığı videoda  Maykl Ceksonu təqlid edib.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, özünü M.Ceksonun təqlidçisi adlandıran Sergio Kortesin bu görüntüsü  böyük müzakirələrə səbəb olub. Çox sayda istifadəçi M.Ceksonun  ölmədiyini və S.Kortes adı ilə yaşamağa davam etdiyini deyib.

On minlərlə M.Cekson fanatı S.Cortesdən DNA testi etməsini istəyib.

Bir istifadəçi isə “Aman tanrım sən Sergio deyilsən, Maykl Ceksonsan” yazıb.

Bir başqa istifadəçi də şərhdə “İndiyə kimi gördüyüm ən yaxşı Maykl Cekson təqlidi” yazısını qeyd edib.

Qeyd edək ki, videoda Sergio Kortes 23 dekabr 2019-cu ildə Tailandın Pattaya şəhərində göstərəcəyi nümayişinin təqdimatını edib.

Xatırladaq ki, Maykl Cekson 2009-cu ildə ABŞ-ın Los-Anceles şəhərində yerləşən evində artıq dozada propofol maddə qəbul edərək dünyasını dəyişib.
Sözü gedən videonu təqdim edirik:


Firəngiz Quliyeva

 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top