​İsrail polisi əyləncə üçün fələstinli gənci güllələdi - ANBAAN VİDEO


İsrail polisi heç bir əsas olmadan silahsız fələstinli gənci plastik güllə ilə vurub.
Yeniavaz.com xarici independentturkish.com-a istinadla xəbər verir ki, İsrail televiziyalarında yayımlanan görüntülərdə polis Fələstin vətəndaşına bölgədən uzaqlaşmasını bildirir. Bunu eşidən gənc iti addımlarla həmin yerdən kənarlaşır. Ancaq polis uzaqlaşan fələstinlini arxadan plastik güllə ilə vurur. Ağrılar içində qıvranan gənc yerə yıxılır. Yeni ortaya çıxan görüntülərlə bağlı İsrailin Daxili İşlər Nazirliyi həmin polisin vəzifədən uzaqlaşdırıldığını bildirib. Gəncin səhhəti ilə bağlı isə məlumat verilməyib.


Ruslan Yusibov

 

DİGƏR XƏBƏRLƏR

Top