Futbolçunun ayağı sındı - VİDEO

İngiltərə Premyer Liqasında dəhşətli hadisə baş verib.

Yeniavaz.com xəbər verir ki, Liverpul şəhərində keçirilən “Everton” – “Totenhem” matçının 79-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Andre Qomişin ayağı sınıb. “Totenhem”in futbolçusu Hın-Min Sonun sürüşmə hərəkəti Portuqaliya millisinin mərkəz yarımmüdafiəçisinin ayağının sınmasına səbəb olub.

Baş hakim Martin Atkinson əvvəlcə asiyalı futbolçuya sarı vərəqə vermək istəsə də, rəqib oyunçunun ciddi xəsarət aldığını görüb ona birbaşa qırmızı vərəqə göstərib. 

Görüş bu xoşagəlməz hadisəyə görə təxminən 10 dəqiqə dayanıb. Andre Qomiş meydançadan xərəklə aparıldıqdan sonra oyun davam etdirilib.

Qeyd edək ki, Martin Atkinson bu hadisəyə görə oyuna 12 dəqiqə əlavə edib. Məhz 90+7-ci dəqiqədə “Everton”un türkiyəli hücumçusu Cenk Tosun başla qol vuraraq hesabı bərabərləşdirib – 1:1.

DİGƏR XƏBƏRLƏR

Top