Bərdədə zəncirvari qəza baş verib - 5 nəfər xəsarət alıb

Bərdə rayonunda 3 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. 
Belə ki, küçə ərazisində üç minik avtomobili toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top