Əfqanıstanda dəhşətli partlayış – 9 uşaq öldü


Əfqanıstanın şimali-şərqində yerləşən Tahar vilayətinin Darkad rayonunda baş verən partlayış nəticəsində 9 uşaq dünyasını dəyişib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Darkad polis təşkilatı yolun yaxınlığında basdırılmış bombanın məktəblilər oradan keçərkən partladıldığını açıqlayıb.
Partlayış zamanı daha bir uşaq usə ağır yaralanıb. Səlahiyyətli şəxslər bombanın Taliban terror təşkilatı tərəfindən həmin əraziyə yerləşdirildiyini bildiriblər.
Təşkilatdan isə hələ ki, partlayışla bağlı heç nir açıqlama verilməyib.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top