Kürdəmirdə 4 nəfərin xəsarət aldığı yol qəzası baş verib - VİDEO

Kürdəmir rayonunda daha bir yol qəzası baş verib.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Belə ki, sürücü 1984-cü il təvəllüdlü Mehdiyev Zahir Zakir oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarına aşırıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər, 1993-cü il təvəllüdlü Mehdiyeva Suranə Oruc qızı, 1965-ci il təvəllüdlü Mehdiyeva Surayə Şıxəli qızı və 2015-ci il təvəllüdlü Mehdiyev Samir Zahir oğlu müxtəlif növ bədən xəsarəti ilə rayon xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top