Çin prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib - FOTOLAR


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyət göstərən düşüncə mərkəzləri ilə əməkdaşlığını inkişaf etdirməkdədir.

Yeniavaz.com musavat.com-a istinadla xəbər verir ki, 25-27 Oktyabr tarixlərində Çinin Guandzhou şəhərində İnnovasiya və İnkişaf Strategiyası İnstitutu, Çin Xalq Xarici Əlaqələr İnstitutu, Berggruen İnstitutunun 21ci Əsr Şurası, Guandonq vilayəti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə sayca 4-cü Çini Anlamaq Konfransı keçirilib. 

25 Oktyabr tarixində Çin Xalq Respublikasının Prezidenti Xi Jinping Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri: Rozen Plevneliyev, Bolqarıstanın sabiq Prezidenti; Valdis Zatlers, Latviyanın sabiq Prezidenti; İvo Josipoviç, Xorvatiyanın sabiq Prezidenti; İv Leterme, Belçika Krallığının sabiq Baş Naziri; Şaukat Aziz, Pakistanın sabit Baş Naziri; Amre Moussa, Ərəb Liqasının sabiq Baş Katibi; Rəşid Əlimov, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş Katibi; Rövşən Muradov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Baş Katibinində daxil olduğu nümayəndə heyyətini qəbul edib.

Çin və xaricdən 600-dən çox siyasi, bizness, akademiya sahəsində nüfuzlu simalar iştirak etdiyi 2 günlük toplantıda dünya iqtisadiyyatında Çinin rolu, Çin və yeni qloballaşma, Çində baş verən islahatlar, ətraf mühit problemi və planetin qorunması üçün birgə əməkdaşlıq, ABŞ-Çin münasibətləri, Bir kəmər, bir yol layihəsinin iştirakçı ölkələrə verdiyi töhfələr müzakirə olunub.

Bununla yanaşı Nizami Gəncəvi Beynəlxalq Mərkəzin üzvləri Çin Xalq Xarici Əlaqələr İnstitutunun yeni təyin olunmuş Prezidenti cənab Vanq Çao ilə görüşərək iki təşkilatın səmərəli əməkdaşlığının davam etdirilməsi və birgə layihələrin keçirilməsi prespektivlərini müzakirə ediblər.

Eyni zamanda Çin Xalq Respublikasının Haynan vilayətində Çinin Islahatlar və İnkişaf İnstitutu və Haynan vilayət rəhbərliyi, Bank of China və China Daily-nin təşkilatçılığı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə təşkil olunan Çin İslahatlarına həsr olunan 85-ci Beynəlxalq Forum keçirilib. Toplantının işində Mərkəzin üzvü, Bosniya və Herzeqovinanın sabiq Prezidenti, Parlament sədri cənab Mladen İvanic, mərkəzin əməkdaşları iştirak edib.

Açılış çıxışın edən cənab Mladen İvaniç Çin Xalq Respublikasının Bir Kəmər Bir Yol layihəsi ilə region ölkələrin iqtisadi inkişafına verdiyi töhfələr, o cümlədən Nizami Gəncəvi BM ilə tərəfdaş təşkilatların Çində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın xalqlar arasında əməkdaşlığın və anlaşmanın təbliğindəki əhəmiyyəti vurğulayıb.



DİGƏR XƏBƏRLƏR

Top