Su hövzələri sintetik torlardan təmizlənir - VİDEO

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Baş Şirvan kollektorunda keçirilib.
Yeniavaz.com-un "report"a istinadla verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional ekologiya idarəsinin rəisi Kənan Kərimli jurnalistlərə bildirib ki, Baş Şirvan kollektorunda keçirilən reyd zamanı ərazi qadağan olunmuş balıq ovu vasitələrindən, sintetik torlardan təmizlənib və toplanan materiallar hüquq mühafizə orqanlarına göndərilib.
Onun sözlərinə görə, bu cür tədbirlər bütün su hövzələrində davam etdiriləcək: “Qadağan olunmuş alətlərlə balıq ovlanması balıqların kökünü kəsməyə yönələn amansız bir vasitədir. Amma çox sevindiricidir ki, artıq vətəndaşlar, su hövzələrinin ətrafında yaşayan təbiətsevərlər də çağırışlarımıza qoşularaq bizə dəstək verməyə başlayıblar. 
Lakin bu tədbirlər davamlı olmalıdır və hamımız birgə mübarizə aparmalıyıq. Bir daha müraciət edirik ki, brakonyerlik edən qonşularınızı, yaxınlarınızı bu qəddar əməllərdən çəkindirəsiz. Bu, bir cinayətdir, bağışlanılmaz hərəkətlərdir".

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top