Bu gündən bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyat sənədlərinin DSK-lara təqdim edilməsinə başlanır

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu gündən namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə başlanır.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya  təqdim etməlidir.
Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2019-cu il noyabrın 3-dən noyabrın 22-i saat 18:00-dək olan dövrü əhatə edir.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top