Lənkəran rayonunda 14 yaşlı yeniyetməni naməlum avtomobil vurub.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə rayonunun Liman şəhəri adlanan ərazisində baş verib.
Belə ki, Cəlilabad rayonu Seyidbazar kənd sakini 2005-ci il təvəllüdlü Adəm Ağahüseyn oğlu Mirzəyevi naməlum avtomobil vurb.
Sürücü yeniyetməni köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Ətrafdakıların köməyi ilə A.Mirzəyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralının vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Hələlik kimliyi açıqlanmasa da hadisəni törədən sürücünün saxlanıldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.