Bakıda "Porsche"ni yüksək sürətlə idarə edən sürücü qəza törətdi - VİDEO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.
"Porsche" markalı avtomobili yüksək sürətlə idarə edən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara, daha sonra "Renault" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə yerinə yol patrul xidməti müfəttişləri cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top