Oturacaqda gizlətdiyi mobil telefonları ölkəyə gətirmək istəyən şəxs saxlanıldı


Ölkəyə qeyri-qanuni mobil telefon keçirmək istəyən şəxs saxlanılıb.  

DGK-dan Yeniavaz.com-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Volkswagen Passat” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. 
Bu zaman o idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.  
Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin ön oturacaqlarının içərisində gizlədilən 4 ədəd “Samsung Galaxy A20S” markalı mobil telefon aşkarlanıb. 
Faktla bağlı araşdırma aparılır. 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top