Toydan qayıdarkən qəza törətdilər: Ölənlər var - Hadisə yerindən FOTOLAR

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Bakıdan Şamaxı istiqamətində hərəkətdə olana "Vita" sərnişin avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dairəvi hərəkət zolağından maniələrə deyərək aşıb.
Nəticədə Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Uleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif bədən xəsarətləri alıblar. 
Avtomobilin sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papaxov Paşa Şəhmir oğlu hadisə yerində dünyasını dəyişiblər.
Faktla bağlı araşdırma aparılır.



DİGƏR XƏBƏRLƏR

Top